Qelebə.az / Reytinq turniri: Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayır

Reytinq turniri: Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayır

6-06-2024, 09:59

Bu gün Azərbaycanın beş sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək reytinq turnirində mübarizəyə başlayacaq.

"QELEBE.AZ"un məlumatına görə, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) xalça üzərinə çıxacaq.

Görüşlər saat 12:30-da start götürəcək.

Qeyd edək ki, iyunun 9-da başa çatacaq yarışda Azərbaycanın yunan-Roma güləşçiləri də çıxış edəcək.

Geri qayıt