Qelebə.az / Azərbaycanın amputant millisi bu gün Yunanıstanla üz-üzə gələcək

Azərbaycanın amputant millisi bu gün Yunanıstanla üz-üzə gələcək

6-06-2024, 10:51

Azərbaycanın futbol üzrə amputant millisi Fransanın Evian şəhərində təşkil olunan Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

"QELEBE.AZ" xəbər verir ki, yığma 9-16-cı yerlər uğrunda qarşılaşmada ilk olaraq Yunanıstan ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.

Qeyd edək ki, qrup mərhələsində İrlandiya (0:1) və Türkiyəyə (1:12) uduzan milli İsraillə heç-heçə edib - 1:1.

Geri qayıt