Qelebə.az / AVRO-2024: İngiltərə millisinin iki əsas üzvü turnirdən kənarda qalacaq

AVRO-2024: İngiltərə millisinin iki əsas üzvü turnirdən kənarda qalacaq

6-06-2024, 19:28

İngiltərə millisinin üzləri - Harri Maquay və Cek Qriliş Almaniyada keçiriləcək Avropa çempionatında çıxış etməyəcək.

"QELEBE.AZ" "The Atletic"ə istinadən xəbər verir ki, baş məşqçi Qaret Sautqeyt bu futbolçuları AVRO-2024-ün yekun heyətinə daxil etməməyi qərara alıb.

Harri Maquayın ayağında zədəsi olduğu üçün heyətdən kənarda qalacaq.

Qeyd edək ki, yığmanın daha bir futbolçusu - Cud Bellinqem də zədə ucbatından üç ay meydana çıxmaya bilər.

Geri qayıt