Qelebə.az / Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan millisi dünya çempionatında növbəti qələbəsini qazanıb

12-06-2024, 15:52

Azərbaycan millisi çövkən üzrə dünya çempionatında növbəti qələbəsini qazanıb.

“Report” xəbər verir ki, Binə Atçılıq Mərkəzində Malta ilə baş tutan görüşdə milli 5:0 hesablı qələbə qazanıb.

Azərbaycan yığması iki turdan sonra mübarizə apardığı A qrupunda maksimum nəticə ilə liderdir.

Qeyd edək ki, yığma ilk görüşdə Qazaxıstanı 5:0 hesabı ilə məğlub edib. Komanda A qrupunda Türkiyə, Özbəkistan, Qazaxıstan və Malta ilə mübarizə aparır.

Geri qayıt