Qelebə.az / AVRO-2024-də A və B qrupunun I turunun oyunlarının hakimləri müəyyənləşib

AVRO-2024-də A və B qrupunun I turunun oyunlarının hakimləri müəyyənləşib

13-06-2024, 20:52

Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatında A və B qruplarının I turunun görüşlərini idarə edəcək hakimlər müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, ikinci oyun günündə A qrupunun matçları çərçivəsində üz-üzə gələcək Macarıstan və İsveçrə millilərinin görüşünü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

B qrupunun İspaniya - Xorvatiya qarşılaşmasına ingiltərəli Maykl Oliver təyinat alıb.

Eyni qrupun İtaliya - Albaniya matçında isə almaniyalı Feliks Çvayer ədaləti qoruyacaq.

Qeyd edək ki, hər üç matç iyunun 15-i keçiriləcək. Almaniya və Şotlandiya arasında oynanılacaq turnirin açılış matçının hakimləri isə daha əvvəl açıqlanmışdı.

Geri qayıt