Qelebə.az / İngiltərə klubu "Betis"in futbolçusunu transfer edib

İngiltərə klubu "Betis"in futbolçusunu transfer edib

14-06-2024, 13:48

İngiltərənin "Kristal Pelas" klubu son mövsümü İspaniya təmsilçisi "Betis"də keçirən müdafiəçi Çadi Riadı transfer edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı mərakeşli ilə 2029-cu ilin yayına kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Ç.Riad "Betis"in heyətində ümumilikdə 30 oyun keçirib. "Transfermarkt" portalı mərakeşli müdafiəçinin dəyərini 15 milyon avro qiymətləndirir.

Geri qayıt