Qelebə.az / Bellinqem Serbiya – İngiltərə matçının ən yaxşı futbolçusu seçilib

Bellinqem Serbiya – İngiltərə matçının ən yaxşı futbolçusu seçilib

17-06-2024, 03:25

İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi Cud Bellinqem Almaniyada keçirilən AVRO-2024-ün qrup mərhələsində Serbiya ilə oyunun ən yaxşı futbolçusu seçilib.

Bu barədə “QELEBE.AZ” UEFA-nın saytına istinadən xəbər verir.

Xatırladaq ki, bu görüşdə yeganə qolu Bellinqem vurub.

İyunun 20-də C qrupunun növbəti oyununda İngiltərə Danimarka, Serbiya isə Sloveniya ilə qarşılaşacaq.

Geri qayıt