Heç-heçəyə layiq idik.
"Report" xəbər verir ki, bunu Albaniya millisinin baş məşqçisi Silvinyo Xorvatiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin II turunun oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis Xorvatiya millisinə hörmətlə yanaşmalı olduqlarını söyləyib: "Hər şeydən əvvəl qarşı tərəfə hörmət etmək lazımdır, çünki Xorvatiya son bir neçə ildə həqiqətən yaxşı çıxış edir. Onların inanılmaz futbolçuları var. Bütün oyunu təhlil etmək çətindir. İlk hissədə çox yaxşı çıxış etdik, lakin ikinci yarıda çətinlik çəkdik. Heç-heçəyə layiq idik. Hətta, qələbə qolunu vura da bilərdik, lakin olmadı".
Qeyd edək ki, Almaniyada təşkil olunan AVRO-2024-ün B qrupunun matçında Albaniya Xorvatiya yığması ilə 2:2 hesablı heç-heçə edib.