Qelebə.az / Azərbaycanın basketbol millisi hazırlıq oyununda məğlub olub

Azərbaycanın basketbol millisi hazırlıq oyununda məğlub olub

20-06-2024, 15:02

Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirən 18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq oyunu keçirib.

Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən "QELEBE.AZ"a verilən məlumata görə, yığma Gürcüstanın U-18 kollektivi ilə üz-üzə gəlib.

Anar Sarıyev və Fərid Əmirovun rəhbərlik ediyi komanda rəqibinə 67:73 hesabı ilə uduzub

Qeyd edək ki, millimiz təlim-məşq toplanışında daha bir neçə yoxlama oyunu keçirəcək.

Geri qayıt