Qelebə.az / Neftçalada aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı başlayıb

Neftçalada aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı başlayıb

21-06-2024, 12:48

Neftçala şəhərində aerobika gimnastikası üzrə 8-ci ölkə çempionatı start götürüb.

"Report"un Aran bürosunun məlumatına görə, Neftçala Olimpiya İdman Kompleksində təşkil olunan yarışdan əvvəl çempionatın rəsmi açılış mərasimi baş tutub.

Məlumata görə, çempionatda "Ocaq Spirt", "Grasiya"İK və Sumqayıt OİK klublarından ümumilikdə 31 idmançı mübarizəyə qoşulub.

Ölkə çempionatının iştirakçıları yeniyetmələr (2010-2012-ci il), gənclər (2007-2009-cu il) və böyüklər (2006-cı il, daha böyük) yaş kateqoriyaları üzrə balans, temp və qarışıq hərəkət proqramında mübarizə aparırlar.

Geri qayıt