Qelebə.az / Slovakiya - Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib

Slovakiya - Ukrayna matçının ən yaxşı futbolçusu müəyyənləşib

21-06-2024, 19:28

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Slovakiya - Ukrayna matçının (1:2) ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalıların heyətində Nikolay Şaparenko qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

25 yaşlı futbolçu qarşılaşmada komandasının bərabərlik qoluna imza atıb.

Geri qayıt