Qelebə.az / "Kəpəz" klubu ev oyunları üçün iki variantı nəzərdən keçirir

"Kəpəz" klubu ev oyunları üçün iki variantı nəzərdən keçirir

25-06-2024, 12:04

"Kəpəz" klubu növbəti mövsüm ev oyunlarını keçirmək üçün iki variant haqqında düşünür.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

"Sarı-göylər" daha əvvəl olduğu kimi qonşu bölgələrdəki klublara - "Qəbələ" və "Turan Tovuz"a müraciət edəcək. Sonda bu variantlardan daha münasibinə üstünlük veriləcək.

Qeyd edək ki, "Kəpəz"in ev matçlarını keçirdiyi Gəncə şəhər stadionu yenidən qurulur.

Geri qayıt