Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, “Frankfurt Arena”dakı matçda Slovakiya hesabda önə çıxıb.
24-cü dəqiqədə Ondrey Duda fərqlənib.
20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya görüşü start götürüb.
"Report" xəbər verir ki, E qrupunun oyunu “Frankfurt Arena”da keçirilir.
Qarşılaşmanı almaniyalı baş hakim Daniel Siebert idarə edir.