Qelebə.az / "Kəpəz" "Araz-Naxçıvan"ın futbolçusunu heyətinə qatıb

"Kəpəz" "Araz-Naxçıvan"ın futbolçusunu heyətinə qatıb

27-06-2024, 12:42

"Kəpəz" klubu "Araz-Naxçıvan"ın futbolçusu Nicat Süleymanovu heyətinə qatıb.

"Report"un məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi 2024/2025 mövsümündə Gəncə təmsilçisinin şərəfini qoruyacaq.

"Sarı-göylər" N.Süleymanovla 1 illik müqavilə bağlayacaq.

Qeyd edək ki, transfer yaxın günlərdə klub tərəfindən rəsmən açıqlanacaq.

Geri qayıt