Qelebə.az / Azərbaycan karateçisi Xorvatiyada bürünc medal qazanıb

Azərbaycan karateçisi Xorvatiyada bürünc medal qazanıb

28-06-2024, 10:28

Azərbaycan karateçisi Aysu Əliyeva Xorvatiyanın Poreç şəhərində keçirilən Karate 1 Liqa yarışında bürünc medal qazanıb.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, təmsilçimiz 21 yaşadək idmançıların mübarizəsində fərqlənib.

Qeyd edək ki, komandaya bu yarışda AKF-in baş katibi Qabil Sayadov və gənclərdən ibarət yığmanın baş məşqçisi Anar Allahverdiyev rəhbərlik edir.

Geri qayıt