Qelebə.az / Azərbaycan boksçusu Avropa birinciliyində ermənistanlı rəqibini məğlub edərək finala yüksəlib

Azərbaycan boksçusu Avropa birinciliyində ermənistanlı rəqibini məğlub edərək finala yüksəlib

28-06-2024, 19:11

Azərbaycanın yeniyetmə boksçusu Səftər Məmmədzadə Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa birinciliyində finala yüksəlib.

Azərbaycan Boks Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, +80 kq çəkidə mübarizə aparan milli üzvü yarımfinalda ermənistanlı Qraç Xaçatryanla qarşılaşıb.

Döyüş boksçumuzun qələbəsi ilə yekunlaşıb. Məmmədzadə rəqibini 4:1 (30:27, 29:28, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib və finala vəsiqə qazanıb.

O, çempionluq uğrunda görüşdə rusiyalı Rüstəm Həsənovla münasibətinə aydınlıq gətirəcək. Döyüş iyunun 30-da olacaq.

Qeyd edək ki, yığmamızın daha 3 boksçusu yarımfinal görüşünə çıxacaq.

Geri qayıt