Qelebə.az / AVRO-2024-də qol gözləntisinə görə ən pis futbolçular bəlli olub

AVRO-2024-də qol gözləntisinə görə ən pis futbolçular bəlli olub

2-07-2024, 15:19

Almaniyada təşkil olunan Avropa çempionatında gözlənilən qol sayına görə ən pis oyunçular açıqlanıb.

"QELEBE.AZ" xəbər verir ki, siyahını "Who Scored" tərtib edib.

Portuqaliyalı Kriştianu Ronaldu (- 2.9) birinci pillədə qərarlaşıb.

Belçika yığmasından Romelu Lukaku (- 2.3) ikinci, alman Kay Haverts (- 2) üçüncü olub.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Geri qayıt