Qelebə.az / Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

Danimarkalı hakim üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb

25-10-2022, 12:27

Danimarkalı FIFA referisi Yakob Kehlet üçüncü dəfə "Qarabağ"ın oyununa təyinat alıb.

"Report"un məlumatına görə, "köhlən atlar"ın Fransada "Nant"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçını idarə edəcək 42 yaşlı ədalət təmsilçisi daha əvvəl də eyni turnirdə Azərbaycan təmsilçisinin görüşlərində iş başında olub.

Kehlet ilk olaraq 2015/2016 mövsümündə Ağdam klubunun Fransa "Monako"suna 0:1 hesabı ilə uduzduğu görüşdə ədaləti bərpa etməyə çalışıb.

O, ölkə çempionunun Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"a 2:3 hesabı ilə uduzduğu qarşılaşmasını da idarə edib.

Danimarkalı hakim bundan əlavə, 2015/2016 mövsümündə "Qəbələ"nin Yunanıstanda PAOK-la qolsuz heç-heçə etdiyi qrup mərhələsinin V tur görüşünə də təyinat almışdı.

Qeyd edək ki, oktyabrın 27-də keçiriləcək "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Geri qayıt