Qelebə.az / İngiltərə klubu seneqallı hücumçu transfer edib

İngiltərə klubu seneqallı hücumçu transfer edib

3-07-2024, 16:41

İngiltərə Premyer Liqa təmsilçisi "Everton" seneqallı hücumçu İliman Ndiayeni transfer edib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı oyunçu yeni komandası ilə 5 illik müqavilə bağlayıb.

Onun transfer qiyməti 20 milyon avrodur.

İ.Ndiaye son olaraq Fransa təmsilçisi "Marsel"in şərəfini qoruyub.

Geri qayıt