Qelebə.az / AVRO-2024: İspaniya - Almaniya matçında hesab açılıb - YENİLƏNİB - 3

AVRO-2024: İspaniya - Almaniya matçında hesab açılıb - YENİLƏNİB - 3

5-07-2024, 21:12

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qapılarında qol görüblər.

52-ci dəqiqədə Dani Olmo fərqlənib.

21:04

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə ikinci hissə başlayıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

20:47

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başlayıb.

"Report" xəbər verir ki, qarşılaşma Ştutqartdakı "MHP Arena" stadionunda keçirilir.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

Geri qayıt