Qelebə.az / AVRO-2024: İspaniya - Almaniya matçının əsas vaxtı heç-heçə yekunlaşıb - YENİLƏNİB - 5

AVRO-2024: İspaniya - Almaniya matçının əsas vaxtı heç-heçə yekunlaşıb - YENİLƏNİB - 5

5-07-2024, 21:53

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşünün əsas vaxtı 1:1 yekunlaşıb.

"QELEBE.AZ" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hər biri 15 dəqiqədən ibarət olan iki əlavə hissə oynanılacaq.

Qeyd edək ki, görüşdə hesabı 52-ci dəqiqədə ispanlardan Dani Olmo açıb. 89-cu dəqiqədə isə Florian Virts "status kvo"nu bərpa edib.

21:48

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə növbəti qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada Bundestim hesabı bərabərləşdirib - 1:1.

89-cu dəqiqədə Florian Virts "status kvo"nu bərpa edib.

21:12

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada meydan sahibləri qapılarında qol görüblər.

52-ci dəqiqədə Dani Olmo fərqlənib.

21:04

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

20:47

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşündə ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Ştutqartdakı "MHP Arena" stadionunda keçirilən qarşılaşmada hesab açılmayıb.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

20:00

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında keçirilən 1/4 final görüşü başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Ştutqartdakı "MHP Arena" stadionunda keçirilir.

Görüşü ingiltərəli referi Entoni Teylor idarə edir.

Geri qayıt