Qelebə.az / AVRO-2024: Niderland yığması yarımfinala yüksəlib - YENİLƏNİB 5

AVRO-2024: Niderland yığması yarımfinala yüksəlib - YENİLƏNİB 5

7-07-2024, 01:01

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması yarımfinala vəsiqə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, oyunda hesabı 35-ci dəqiqədə Samet Akaydının qolu ilə Türkiyə millisi açıb.

Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Türkiyə millisinin ehtiyat oyunçular skamyasında olan hücumçusu Bertuğ Yıldırım isə 90+6-cı dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

00:35

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Niderland yığması hesabda önə çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. Daha sonra Kodi Qakpo 76-cı dəqiqədə komandasını önə çıxarıb.

Türkiyə yığmasından 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

00:06

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, hazırda davam edən oyunda Türkiyə yığması hesabda 1:0 öndədir. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:51

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, Türkiyə yığması fasiləyə 1:0 üstünlüklə yollanıb. 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:39

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçında Türkiyə yığması hesabda önə çıxıb.

"QELEBE.AZ" xəbər verir ki, 35-ci dəqiqədə Samet Akaydın rəqib qapısına yol tapıb - 1:0.

Berlin şəhərindəki Olimpiya stadionunda keçirilən oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

23:00

Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 finalında Niderland - Türkiyə matçına start verilib.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma Berlin şəhərindəki Olimpiya stadionunda keçirilir

Oyunu fransalı baş hakim Klement Turpin idarə edir.

Geri qayıt