Qelebə.az / Azərbaycanın 3x3 basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

Azərbaycanın 3x3 basketbol millisinin oyunlarının təqvimi açıqlanıb

8-07-2024, 11:43

Qadınlar arasında keçirilən 3x3 basketbol üzrə Dünya Seriyasının Bordo mərhələsində iştirak edəcək Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.

"Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, D qrupunda yer alan komanda ilk görüşünü iyulun 9-da, Bakı vaxtı ilə saat 21:30-da İrlandiya, Avstriya və "Bordo Ballistik" komandalarının yer aldığı qrupun qalibi ilə keçirəcək.

Növbəti rəqib isə İspaniya yığması olacaq. Bu qarşılaşma həmin gün, Bakı vaxtı ilə 23:15-də start götürəcək.

Qeyd edək ki, qruplarda ilk iki pilləni tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Geri qayıt