Qelebə.az / "Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

"Çelsi" Avstriya klubunun 40 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub

26-10-2022, 00:23

Avstriya "Zaltsburq"unun öz meydanında 40 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

"QELEBE.AZ"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu, komandanın evdə İngiltərənin "Çelsi" klubuna uduzduğu Çempionlar Liqasının qrup mərhələsinin V tur matçından sonra baş verib.

Səfərdə 2:1 hesablı qələbə qazanan London təmsilçisi rəqibin uğurlu seriyasına son qoyub.

Qeyd edək ki, "Çelsi" bu nəticə ilə xallarını 10-a çatdıraraq, 1/8 finala vəsiqəni təmin edib.

Geri qayıt