Qelebə.az / Niderland - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

Niderland - İngiltərə matçının ən yaxşı futbolçusu açıqlanıb

11-07-2024, 01:01

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və İngiltərə yığmaları arasında yarımfinal oyununun (1:2) ən yaxşı futbolçusu bəlli olub.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingilislərin hücumçusu Olli Uotkins görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

28 yaşlı futbolçu 90+1-ci dəqiqədə komandasının qələbə qolunu vurub.

Geri qayıt