Qelebə.az / Yuri Hura: Roman Qriqorçukla söhbətim olmayıb

Yuri Hura: Roman Qriqorçukla söhbətim olmayıb

17-07-2024, 18:45

Roman Qriqorçukla söhbətim olmayıb.

"QELEBE.AZ" xəbər verir ki, bunu "Şerif"in (Moldova) baş məşqçisi Yuri Hura UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Zirə" ilə Bakıda keçiriləcək oyunöncəsi mətbuat konfransında deyib.

Mütəxəssis həmyerlisi ilə Azırbaycan klubları haqda danışmadığını bildirib:

"O, artıq "Neftçi"dədir. Onunla Azərbaycan klubları haqda heç bir söhbətim olmayıb".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.

Geri qayıt