Qelebə.az / Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

Varan DÇ-2022-yə qədər "Mançester Yunayted"də oynamayacaq

27-10-2022, 04:06

İngiltərənin "Mançester Yunayted" futbol komandasının müdafiəçisi Rafael Varan dünya çempionatına qədər meydanda olmayacaq.

"Report" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Fransalı futbolçu İngiltərə çempionatının "Çelsi" ilə oyununda (1:1) zədələnib. Belə ki, Varanın bud nahiyəsinin arxa hissəsinin əzələləri zədə görüb.

Daha əvvəl fransalının DÇ-2022-də iştirakının onun üçün sual altında qaldığı bildirilirdi.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.

Geri qayıt