Qelebə.az / UEFA Avropa Liqası: "Zirə" - "Şerif" matçında hesab bərabərləşib - YENİLƏNİB - 4

UEFA Avropa Liqası: "Zirə" - "Şerif" matçında hesab bərabərləşib - YENİLƏNİB - 4

18-07-2024, 21:16

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ikinci qol vurulub.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda qonaqlar hesabı bərabərləşdirib - 1:1.

54-cü dəqiqədə Əyyub Allaş "status-kvo"nu bərpa edib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

21:06

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ikinci hissə başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda Bakı klubu hesabda öndədir - 1:0.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirir. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

20:49

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında ilk hissə başa çatıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda Bakı klubu hesabda öndədir - 1:0.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

"Qartallar" görüşün ikinci hissəsini 10 nəfərlə davam etdirəcək. Rəşad Sadıqovun komandasının heyətində 40-cı dəqiqədə Salifu Suma qırmızı vərəqə ilə cəzalandırılıb.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

20:07

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçında hesab açılıb.

"QELEBE.AZ" xəbər verir ki, "Dalğa Arena"dakı matçda Bakı klubu hesabda önə çıxıb.

6-cı dəqiqədə Rafael Utziq fərqlənib.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

20:00

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Zirə" - "Şerif" (Moldova) matçı start götürüb.

"QELEBE.AZ" xəbər verir ki, qarşılaşma "Dalğa Arena"da keçirilir.

Görüşü qazaxıstanlı Bulat Sariyev idarə edir.

Komandalar arasında Moldovada keçirilən ilk oyunda "Zirə" 1:0 hesabı ilə qalib gəlib.

Geri qayıt