Qelebə.az / Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb

Azərbaycanlı hakim-inspektor Konfrans Liqasının oyununa təyinat alıb

19-07-2024, 14:11

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Paksi” (Macarıstan) - AEK (Larnaka, Kipr) görüşünün hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma iyulun 25-də Paksi şəhərinin eyniadlı stadionunda baş tutacaq.

Geri qayıt