Qelebə.az / Fransa millisinin daha bir üzvü "Real"a keçə bilər

Fransa millisinin daha bir üzvü "Real"a keçə bilər

20-07-2024, 09:12

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio İspaniyanın "Real" klubuna keçə bilər.

"QELEBE.AZ" "La Gazzeta dello Sport"a istinadən xəbər verir ki, Madrid klubu 29 yaşlı fransızla yaxından maraqlanır.

Rabio ilk dəfə PSJ-də debütünü 2012-ci ildə Karlo Ançelottinin rəhbərliyi altında edib.

Qeyd edək ki, A.Rabio ötən mövsüm A Seriyasında "Yuventus"un heyətində 31 oyun keçirib, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.

Geri qayıt