Qelebə.az /  "Barselona"nın futbolçusu dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq

 "Barselona"nın futbolçusu dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq

22-07-2024, 20:32

İspaniya təmsilçisi "Barselona"nın futbolçusu Ronald Arauxo dekabra qədər yaşıl meydanlardan uzaq qalacaq.

"QELEBE.AZ" "AS" nəşrinə istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü Amerika kubokunun 1/4 finalında Braziliya ilə matçda zədə aldığı üçün dizindən əməliyyat olunub.

Qeyd edək ki, Arauxo milli komandanın heyətində daha əvvəl də zədə almışdı. Ona 2022-ci ildə İranla yoldaşlıq oyunundan sonra vətərinin qopması diaqnozu qoyulmuşdu.

Geri qayıt