"Zirə"nin UEFA Konfrans Liqasındakı rəqibi "DAK 1904" (Slovakiya) Bakıda məşqə çıxmaqdan imtina edib.
"QELEBE.AZ" xəbər verir ki, məşq prossesinin sabah saat 20:00-da "Dalğa Arena"da keçirilməsi nəzərdə tutulsa da, qonaqların səfər planında dəyişikliklər olub.
Qeyd edək ki, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Zirə" - "DAK 1904" görüşü iyulun 25-i, saat 20:30-da start götürəcək.