Qelebə.az / “Qəbələ”nin yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib

“Qəbələ”nin yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib

25-07-2024, 10:31

“Qəbələ” klubunun yoxlama matçı keçirəcəyi ilk rəqib müəyyənləşib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda Qəbələdə təlim-məşq toplanışında olan Küveytin “Əl-Yarmuk” klubu ilə qüvvəsini sınayacaq.

Görüş iyulun 31-də keçiriləcək.

Qeyd edək ki, “Qəbələ” bu gün təlim-məşq toplanışına start verəcək. Hazırlıq prosesi Qəbələ şəhər stadionunda gerçəkləşəcək.

Geri qayıt