Qelebə.az / Premyer Liqa klubu Çili yığmasının hücumçusunu transfer edib

Premyer Liqa klubu Çili yığmasının hücumçusunu transfer edib

30-07-2024, 18:36

İngiltərənin "Sautqempton" klubu heyətini Çili yığmasının futbolçusu ilə gücləndirib.

"Report" xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Vilyareal" kollektivindən ayrılan Ben Breretonla anlaşıb.

25 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, B.Brereton sonuncu dəfə icarə əsasında İngiltərənin "Şeffild" komandasında çıxış edib.

Geri qayıt