Qelebə.az / Konfrans Liqası: "Sabah"ın potensial rəqibi bəlli olub

Konfrans Liqası: "Sabah"ın potensial rəqibi bəlli olub

5-08-2024, 16:20

"Sabah" komandasının UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

"QELEBE.AZ"un məlumatına görə, Bakı klubu III təsnifat mərhələsində İrlandiya təmsilçisi “Sent-Patriks”i mübarizədən kənarlaşdırsa, “Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Geri qayıt