Qelebə.az / "Sevilya" "İnter"in futbolçusunu birdəfəlik transfer edib

"Sevilya" "İnter"in futbolçusunu birdəfəlik transfer edib

6-08-2024, 16:01

İspaniyanın "Sevilya" klubu İtaliya təmsilçisi "İnter"dən Lüsyen Aqumeni heyətinə cəlb edib.

"Report" andalusiyalıların mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi La Liqa kollektivi ilə 4 illik müqavilə bağlayıb.

Qeyd edək ki, L.Aqumen ötən mövsümün ikinci yarısını icarə əsasında "Sevilya"da keçirib. O, meydana çıxdığı 13 matçda 4 qol vurmağı bacarıb.

Geri qayıt