Qelebə.az / "Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı

"Ludoqorets"in baş məşqçisi: "Qarabağ" açıq futbol oynayırdı

6-08-2024, 22:29

"Qarabağ" açıq futbol oynayırdı.

"Report" xəbər verir ki, bunu "Ludoqorets"in (Bolqarıstan) baş məşqçisi Qeorqi Dermendjiev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Qarabağ"la ilk matçından sonra mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib:

"Öz səhvimizdən rəqibə qol imkanı yaratdıq. Futbolçumun ayağının iki tərəfdən sınmasına görə məyusam. "Qarabağ" hücumaçox futbolçu ilə çıxırdı. Bu səbəbdən əks-hücumlara üstünlük verirdik. Matç hələ bitməyib. Oyunun davamı Bolqarıstanda olacaq. İki futbolçumun olmaması bizim üçün itkidir.

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.

Geri qayıt