Qelebə.az / "Qalatasaray" fransalı futbolçu ilə anlaşıb

"Qalatasaray" fransalı futbolçu ilə anlaşıb

7-08-2024, 16:10

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Aston Villa" komandasında çıxış edən Lyuka Dinlə anlaşıb.

"Sarı-qırmızılar" fransalı müdafiəçinin klubuna rəsmi təklif göndərib.

Qeyd edək ki, Lyuka Din 2022-ci ildən Premyer Liqa təmsilçisinin formasını geyinir. 31 yaşlı oyunçu 2014-2022-ci illər aralığında Fransa millisinin heyətində 45 matçda meydanda olub.

Geri qayıt