Qelebə.az / Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

Konfrans Liqası: Təxirə salınmış oyunda Almaniya klubu qələbə qazanıb

28-10-2022, 16:45

UEFA Konfrans Liqasının qrup mərhələsində V turdan təxirə salınmış oyun keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, D qrupunda Almaniya "Köln"ü Çexiyada "Slovaçko"nun qonağı olub.

Görüş Bundesliqa təmsilçinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 82-ci dəqiqədə penaltidən Ondrey Duda vurub.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran "Köln" 3-cü pillədəki yerini qoruyub. 4 xalı olan "Slovaçko" isə sonuncudur. Qrupa 8 xalla Fransa "Nitsa"sı başçılıq edir. Eyni xala malik Serbiya "Partizan"ı 2-ci sırada qərarlaşıb.

Qeyd edək ki, "Slovaçko" - "Köln" matçı ötən gün qatı duman səbəbindən təxirə salınıb.

Geri qayıt