Qelebə.az / "Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

"Formula 1": "Red Bull" komandası böyük məbləğdə cərimələnib

28-10-2022, 19:16

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" komandası böyük məbləğdə cərimələnib.

"QELEBE.AZ" Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi saytına istinadən xəbər verir ki, Avstriya təmsilçisi maliyyə reqlamentini pozduğu üçün 7 milyon ABŞ dolları ziyana düşüb.

İkiqat dünya çempionu Maks Ferstappenin çıxış etdiyi komanda büdcə həddini 2,2 milyon dollar keçib.

Qeyd edək ki, "Aston Martin" isə prosedur pozuntusuna görə cərimə olunub.

Geri qayıt