Qelebə.az / Azərbaycanın voleybol millisi bu gün təsnifat mərhələsində ilk oyununu keçirəcək

Azərbaycanın voleybol millisi bu gün təsnifat mərhələsində ilk oyununu keçirəcək

17-08-2024, 10:18

Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində ilk oyununu keçirəcək.

"Report" xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu kollektiv səfərdə Avstriya seçməsi ilə üz-üzə gələcək.

B qrupundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan yığması bir həftə sonra Bakıda Belçika komandasını qəbul edəcək.

Geri qayıt