Braziliyanın "Flamenqo" komandasının baş məşqçisi Tite xəstəxanaya yerləşdirilib.
"QELEBE.AZ" xəbər verir ki, mütəxəssis Bolviyada "Bolivar"a uduzduqları (0:1) Libertadores Kuboku oyunundan sonra özünü pis hiss edib.
O, Rio-de-Janeyroya qayıtdıqdan dərhal sonra xəstəxanaya yerləşdirilib.
Huşunu itirən məşqçinin durumu hazırda stabildir. Onun ürəyində problem aşkarlanıb.
Qeyd edək ki, Tite 2016-2022 illər aralığında Braziliya yığmasına rəhbərlik edib.