Qelebə.az / Azərbaycan millisinin basketbolçusu karyerasını başa vurub

Azərbaycan millisinin basketbolçusu karyerasını başa vurub

26-08-2024, 15:15

3x3 basketbol üzrə Azərbaycan millisinin üzvü Mersedes Uolker karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycan yığmasının üzvü olan oyunçu 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, bu il Yay Olimpiya Oyunlarında da yığmanın heyətində yer alıb.

Geri qayıt