Qelebə.az / Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüş olub

Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüş olub

28-08-2024, 16:24

Milli Paralimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi rəsmiləri Parisdəki Atletlər kəndində Azərbaycan millisinin üzvləri ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyev tərəfindən ölkəmizdə idmanın, o cümlədən paralimpiyanın inkişafının xüsusi diqqət mərkəzində saxlanıldığı vurğulanıb.

Daha sonra Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq idmançılarımıza uğurlar arzulanıb. Onların yarışda parlaq qələbələrə imza atmaq əzmində olduqları bildirilib.

Geri qayıt