Qelebə.az / Novak Cokoviç ABŞ Açıq çempionatında yubiley qələbəsini qazanıb

Novak Cokoviç ABŞ Açıq çempionatında yubiley qələbəsini qazanıb

29-08-2024, 09:38

Serbiyalı məşhur tennisçi Novak Cokoviç ABŞ Açıq çempionatında növbəti oyununu keçirib.

"QELEBE.AZ"un məlumatına görə, təcrübəli idmançı II turda həmyerlisi Laslo Dyere ilə üz-üzə gəlib.

Qarşılaşma Cokoviçin qələbəsi ilə bitib - 2:0 (6:4, 6:4).

Beləliklə, o ABŞ Açıq çempionatında 90-cı qələbəsini əldə edib. O, bütün Böyük Dəbilqə yarışlarında 90 qalibiyyət qazanan yeganə tennisçidir.

Geri qayıt