Qelebə.az / Andrea Pirlo İtaliya klubundan göndərilib

Andrea Pirlo İtaliya klubundan göndərilib

29-08-2024, 15:49

İtaliyanın "Sampdoriya" klubu baş məşqçisi Andrea Pirlonu istefaya göndərib.

"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssis B Seriyasının III turunda "Salernitana"ya məğlubiyyətdən sonra komanda ilə yollarını ayırıb.

Qeyd edək ki, ötən mövsüm A Seriyasına yüksəlmək üçün mübarizə aparan "Sampdoriya" kollektivi çempionatı 55 xalla 7-ci pillədə başa vurmuşdu.

Geri qayıt