Qelebə.az / "Napoli" Lukakunun transferini rəsmən açıqlayıb

"Napoli" Lukakunun transferini rəsmən açıqlayıb

29-08-2024, 18:41

Belçika millisinin hücumçusu Romelu Lukakunun yeni klubu bəlli olub.

"Report" xəbər verir ki, 31 yaşlı hücumçu İtaliyanın "Napoli" klubu ilə anlaşıb.

O, 2027-ci ilə qədər Neapol təmsilçisinin şərəfini qoruyacaq.

Qeyd edək ki, son mövsümü icarə əsasında "Roma"da keçirən Lukaku 47 oyunda 21 qol vurub.

Geri qayıt