Qelebə.az / "Arsenal" futbolçusunu icarəyə verib

"Arsenal" futbolçusunu icarəyə verib

31-08-2024, 11:03

İngiltərənin "Arsenal" klubu futbolçusu Riss Nelsonu Premyer Liqanın digər təmsilçisi "Fulhem"ə icarəyə verib.

"QELEBE.AZ" "Topçular"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı vinger 2024/2025 mövsümünün sonuna qədər "Fulhem"in formasını geyinəcək.

Qeyd edək ki, ötən mövsüm R.Nelson "Arsenal"ın heyətində bütün turnirlərdə 24 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Geri qayıt