Qelebə.az / Premyer Liqa təmsilçisi 5 ay əvvəl təyin etdiyi baş məşqçi ilə yollarını ayırıb

Premyer Liqa təmsilçisi 5 ay əvvəl təyin etdiyi baş məşqçi ilə yollarını ayırıb

1-09-2024, 16:44

Rusiya çempionatında iştirak edən "Axmat" kollektivinin baş məşqçisi Maqomed Adıyev istefaya göndərilib.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən verir ki, 5 ay əvvəl "ağ-yaşıllar"ın baş məşqçisi təyin olunan 47 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Klub rəhbərliyi uğursuz nəticələrin ardından bu addımı atıb. Ötən mövsüm "Axmat"ı Premyer Liqada saxlamağı bacaran Adıyev 3 illik müqaviləyə imza atmışdı.

Qeyd edək ki, Qroznı təmsilçisi cari mövsüm 7 turdan sonra 5 xalla 15-ci sırada qərarlaşıb.

Geri qayıt