Qelebə.az / FIFA referisi Elçin Məsiyev təyinat alıb

FIFA referisi Elçin Məsiyev təyinat alıb

3-09-2024, 14:17

Azərbaycanın FIFA referisi Elçin Məsiyev təyinat alıb.

"Report" xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq.

Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.

Sentyabrın 6-da Sarayevo şəhərində yerləşən “Grbavica” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Geri qayıt